Avtobuslarda 40-a yaxın oğurluq edən şəxs tutuldu

  • By admin
  • 19 Fevral 2020 15:47

Sərnişin avtobuslarında 40-a yaxın sərnişinə qarşı cibgirlik edən şəxs polislər tərəfindən saxlanılıb.

Xətai Rayon Polis İdarəsinin əməkdaşları sərnişin avtobuslarında çoxsaylı cibgirliklər edən şəxsi saxlayıb.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Gununsesi.org-a verilən məlumata görə, əməliyyat tədbiri zamanı sərnişinlərin sıx olduğu vaxtlarda 81, 12, 46 və s. xətt üzrə hərəkət edən avtobuslarda cibgirlik edən paytaxt sakini, əvvəllər məhkum olunmuş Fərid Kərimov tutulub.

F.Kərimov ifadəsində 2019-cu ildən başlayaraq saxlanılan günə qədər avtobuslarda ümumilikdə 40-a yaxın sərnişinin cibindən pul, mobil telefon və digər qiymətli əşyalar oğurladığını bildirib.

Faktlarla bağlı Xətai Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Gununsesi.org