Avstriya klubu məşqə vaxtından əvvəl başladı, xalları silindi

  • By admin
  • 29 May 2020 11:51

Avstriya futbol klubu LASK karantin qaydalarını pozduğu üçün cəzalandırılıb. 

Gununsesi.org xəbər verir ki, buna görə də Avstriya futbol federasiyası komandanın xallarını silib.

Belə ki, klub iyunun 2-də bərpası planlaşdırılan çempionata hazırlıq zamanı sağlamlıq protokoluna əməl etməyib. Çempionat lideri federasiyanın şərtlərinə məhəl qoymayaraq pandemiya dönəmində hamıdan əvvəl məşqlərə başlayıb. Bunun ədalətsiz rəqabət hesab edən yerli federasiya LASK-a cəza kəsərək, 12 xalını silib.

Klub bundan başqa 75 min avro məbləğində cərimələnib.

 

 

Gununsesi.org