Avstraliya yanğınlarının vurduğu zərər – REKORD GÖSTƏRİCİ

  • By admin
  • 26 Fevral 2020 10:20

Avstraliyanın Cənubi Uels, Kvinslend, Viktoriya və Cənubi Avstraliya əyalətlərində 6 ay davam edən yanğınlar nəticəsində meşələrin 20%-nin məhv olduğu məlum olub.

Gununsesi.org TRT Haber-ə istinadən xəbər verir ki, 33 insanın ölümünə səbəb olan yanğınların vurduğu zərər son 20 ilin rekord səviyyəsinə çatıb.

Xatırladaq ki, təkcə Cənubi Uels əyalətində 11 milyon hektar ərazinin yanması nəticəsində 3 min ev kül, 1.25 milyard heyvan isə tələf olub.

Gununsesi.org