Avropanın bu ölkəsi koronavirusa qalib gəldiyini elan etdi

  • By admin
  • 25 May 2020 17:30

Monteneqro prezidenti Milo Cukanoviç ölkəsinin koronavirusa qalib gəldiyini elan edib.

Gununsesi.org Trend-ə istinadən bildirir ki, o, bu barədə rəsmi “Twitter” səhifəsində yazıb.

Ölkə rəhbəri Monteneqroda yeni yoluxma halının aşkarlanmadığını açıqlayıb.

Monteneqro rəsmilərinin dediyinə görə, müalicə olunanların hamısı sağalıb. Bu günə qədər ümumilikdə 324 nəfər koronavirusa yoluxub, 9 nəfər vəfat edib.

Gununsesi.org