Avropa Məhkəməsi jurnalistin şikayətini təmin etdi - HÖKUMƏT SEVİNC VAQİFQIZINA 5 MİN AVRO ÖDƏYƏCƏK

  • By admin
  • 14 May 2020 21:28

 

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) bu gün jurnalist Sevinc Vaqifqızının şikayətilə bağlı qərarını elan edib. Şikayət Azərbaycan hakimiyyətinin onun ölkədən çıxışına qoyduğu qadağa ilə bağlı idi.

Avropa məhkəməsinin məlumatında deyilir ki,  Azərbaycan hökuməti Avropa İnsan Hüquqları Konvensiyasının 2 saylı protokolunun 4-cü maddəsinin (hərəkət azadlığı) və Konvensiyanın 13-cü maddəsinin (effektiv müdafiə hüququ) pozulduğunu tanıyıb və   jurnalistə 5 min avro kompensasiya ödəməyə razılıq verib.

AİHM hökumətin təklifini əsaslı hesab edərək işin bağlandığını bildirib.

Xatırladaq ki, 2014-cü ildə “Meydan” TV İnternet kanalına qarşı cinayət işi ilə əlaqədar S.Vaqifqızı və bir qrup digər jurnalisin xarici səfərinə qadağa qoyulmuşdu. Bundan sonra Berlində fəaliyyət göstərən bu kanalla əməkdaşlıq edənlər bir neçə dəfə prokurorluğa çağırılıb, onların xaricdən maliyyələşdirildiyini etiraf etmələri tələb olunmuşdu. Qadağa 2019-cu ilin mayında ləğv edilib.

Gununsesi.org