Avropa İttifaqı Qarabağ separatçılarını pislədi

  • By admin
  • 31 Mart 2020 14:06

Avropa İttifaqı Azərbaycanın işğal altındakı torpaqlarında yaradılmış separatçı rejimdə keçirilən qondarma “prezident və parlament seçkiləri”ni pisləyib.

Gununsesi.org bildirir ki, bu barədə Oxu.Az-a Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyindən bildirilib.

“Avropa İttifaqı təkrar bildirir ki, bu, konstitusiyaya və hüquqi çərçivəyə ziddir. Bu tədbir Dağlıq Qarabağın gələcək statusunun müəyyən edilməsinə və ya cari​ danışıqlar prosesinin nəticələrinə heç bir xələl gətirə bilməz”, – deyə bəyanatda qeyd olunub.

Avropa İttifaqı ATƏT-in Minsk Qrupunun həmsədrlərinin göstərdikləri cəhdləri qəti şəkildə dəstəklədiyini bəyan edib:

“Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin erkən və sülh yolu ilə həllinə yönəlmiş cəhdləri dəstəkləməkdə davam etməyə hazırdır”.

Gununsesi.org