Avropa İttifaqı 14 ölkəyə qapılarını açır

  • By admin
  • 30 İyun 2020 10:12

Avropa İttifaqı ölkələri 14 ölkədən səyahətə izin verməyə hazırlaşır.

Gununsesi.org-un Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, bu ölkələr arasında ABŞ, Rusiya və Türkiyə yoxdur. Avropa Birliyindən həmin qəzetin Türkiyə mediasının diplomatik qaynaqlara istinadən yazdığı xəbərdə Avropa İttifaqına səyahətə izin verən ölkələrin bir neçəsinin adı açıqlanıb. Onlar arasında Avstraliya, Gürcüstan, Yaponiya, Kanada, Yeni Zelandiya, Cənubi Koreya, Tailand, Tunisin adı çəkilir. Avropa İttifaqı ölkələri seçərkən son iki həftədə korona virusa qarşı mübarizədə gəldiyi nəticələrə istinad edir. Virusa yoluxma hər 100000 nəfərə 16 nəfərdən çox olmamalıdır.

Gununsesi.org