Avropa Birliyi Rusiyaya qarşı sanksiyanın müddətini uzatdı

  • By admin
  • 14 Mart 2017 10:54

avropa

Avropa Birliyi Rusiyaya qarşı sanksiyanın müddətini daha 6 ay uzadıb.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki,150 Rusiya və ukraynalı fiziki şəxsə qarşı nəzərdə tutulan sanksiyalar 37 hüquqi şəxsə də şamil olunacaq və 15 sentyabr 2017-ci ilə qədərki dövrü əhatə edəcək.

Qeyd edək ki, sanksiyalar bank aktivlərinin dondurulması və Avropa Birliyi ölkələrinə viza qadağasını nəzərdə tutur.

Xatırladaq ki, bu, qadağalar 2014-cü ilin mart ayında irəli sürülüb.

Anar
Gununsesi.info