“Avropa bir uçuruma, İkinci Dünya müharibəsi ərəfəsinə gedir” - MÖVLUD ÇAVUŞOĞLU

  • By admin
  • 12 Mart 2017 18:30

movlud

Avropa bir uçuruma, İkinci Dünya müharibəsi ərəfəsinə gedir. Bunu onlara xatırladanda çox üzülürlər, amma bu həqiqətdir.

Gununsesi.info Axar.az-a istinadən xəbər evrir ki, bunu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Fransanın Metz şəhərində jurnalistlə görüşü zamanı deyib.

“Baş verənlər Vyana razılaşmasına ziddir. Dinc aksiya keçirən insanların üzərinə itlərlə hücum edirlər. Bunun qarşılığı olacaq, belə qalmayacaq. Atacağımız addımları planlaşdırmağa başladıq. Hollandiya üzr istəmədikcə biz bu addımları atmağa davam edəcəyik. İnsan kimi dedim ki, əgər problem sizdəki seçkidirsə, o zaman seçkidən sonra gəlim. Rutte axmaqcasına, “Seçkidən sonra da, əvvəl də gələ bilməz. Gəlsə, lalələri, muzeyləri görər, amma türkləri görə bilməz” dedi. Vildersin əsiri olublar”, – Çavuşoğlu bildirib.

Gununsesi.info