Avqustun 5-dən 7-dək hava çox isti olacaq, külək belə əsmiyəcək - XƏBƏRDARLIQ

  • By admin
  • 04 Avqust 2016 12:20

isti

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi kəskin istilərlə bağlı xəbərdarlıq edib.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən Gununsesi.info-ya bildirilib ki, avqustun 5-7-də Abşeron yarımadasında zəif küləklərin üstünlüyü, bəzi saatlarda durğun hava şəraiti, gündüz isti temperatur diskomfortu meteohəssas insanlar üçün əlverişsizdir. Günorta saatlarında uzun müddət qızmar günəş altında olmaq məsləhət deyil.

 

Gununsesi.info