ATV-nin icraçı direktoru vəzifədən getdi

  • By admin
  • 12 Noyabr 2019 10:55

“Azad Azərbaycan” Müstəqil Teleradio Şirkətinin (ATV) icraçı direktoru Vahid Səmədov vəzifəsindən azad edilib.

Gununsesi.org Qafqazinfo-ya istinadən xəbər verir ki, o, bir neçə həftə bundan öncə işindən uzaqlaşıb. Keçmiş icraçı direktorun kanaldan getmə səbəbi məlum deyil. Lakin iddia olunur ki, V. Səmədov digər kanalların birində vəzifəyə gətiriləcək.

Qeyd edək ki, Vahid Səmədov bir ildir sözügedən vəzifəni icra edirdi. O, bundan öncə ANS və CBC kanallarında çalışıb.