ATƏT PA ermənilərə “yox” dedi

  • By admin
  • 04 İyul 2016 11:07

atat

 

Tbilisidə ATƏT Parlament Assambleyasının 25-ci yay sessiyası işini davam etdirir.

Gununsesi.info AZƏRTAC-a istinadən xəbər verir ki, iyulun 4-də qurumun demokratiya, insan haqları və humanitar məsələlər komitəsinin iclasında ATƏT regionunda demokratiyanın inkişafı, insan haqlarının vəziyyəti, humanitar durum və s. məsələlər, eləcə də bu komitənin yekun qətnaməsinin layihəsi müzakirə olunub.

Ermənistandan olan deputatlar qətnamənin “ATƏT regionunda artan zorakılıq və diskriminasiya hərəkətlərinin araşdırılmasının vacibliyi” bəndinə “milli azlıqlar və dini qruplar” sözlərinin də əlavə olunmasını təklif ediblər.

Azərbaycan nümayəndə heyəti isə belə bir əlavəyə ehtiyacın olmadığını bildirib.

Nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Ülviyyə Ağayeva deyib ki, zorakılıq və diskriminasiya hərəkətlərini dini və milli mənsubiyyətə ayırmaq düzgün deyil və bu, yeni problemlərin yaranmasına səbəb ola bilər.

Azərbaycanlı deputatın təklifi komitə üzvləri tərəfindən də dəstəklənib.

Müzakirələrdən sonra Ermənistan tərəfinin təklifi qəbul olunmayıb.

Gununsesi.info