ATƏT-in Minsk qrupu Qarabağla bağlı bəyanat yaydı: Əhali sülhə hazırlanmalıdır

  • By admin
  • 31 Yanvar 2020 18:25
ATƏT-in Minsk Qrupunun həmsədrləri Cenevrədə Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov və Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan arasında keçirilən danışıqlarla bağlı bəyanat yayıb.
 
Gununsesi.org-un ATƏT-in rəsmi saytına istinadla xəbərinə görə, bəyanatda bildirilir ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri Qarabağ münaqişəsinin həlli üçün mümkün növbəti addımları müzakirə ediblər.
Bəyanatda deyilir ki, 28-30 yanvar tarixlərində Cenevrədə ATƏT-in Minsk Qrupu həmsədrləri ayrı-ayrılıqda və birgə Ermənistan xarici işlər naziri Zohrab Mnatsakanyan və Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşüblər. Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin nümayəndəsi Anjey Kasprşik də iştirak edib.
“Qeyd olunduğu kimi, üç gün davam edən intensiv müzakirələr zamanı həmsədrlər və nazirlər gündəliyin aşağıdakı bəndlərini müzakirə etdilər: 2019-cu ildə müzakirə olunan razılaşma və təkliflərin icrası və əhalini sülhə hazırlamaq üçün mümkün addımlar; gələcək sülhün əsasını təşkil edən prinsip və elementlər; nizamlama prosesinin irəliləməsinin vaxtı və gündəliyi məsələləri.
Həmsədrlər tərəflərə münaqişənin sülh yolu ilə həllində və nizamlama prosesində məxfilik prinsipinin tapılmasında kömək etmək üçün tam sadiqliklərini, habelə ədalətli və davamlı sülhə nail olmaq üçün yaradıcılıq və kompromis ruhunun lazım olduğunu bir daha təsdiq ediblər. Nazirlər yaxın gələcəkdə həmsədrlərin iştirakı ilə görüşməyə razılaşıblar”, – deyə sənəddə bildirilir.