Astana təklifini dəyərləndiririk – ABŞ

  • By admin
  • 19 Yanvar 2017 22:16

usa

 

Qazaxıstanın paytaxtı Astanada baş tutacaq Suriya görüşlərində iştirakla bağlı təklifi dəyərləndiririk.

Gununsesi.info xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin adı açıqlanmayan nümayəndəsi “Röyter”ə deyib.

“Rusiya Xarici İşlər naziri Sergey Lavrov mətbuat konfransı zamanı dediyi təklif artıq bizə çatıb. Dəvəti aldıq və dəyərləndiririk”, – ABŞ rəsmisi bildirib.

Qeyd edək ki, Astana sammitinin 23 yanvarda həyata keçirilməsi gözlənilir.

Görüşlərdə Türkiyə, İran, Rusiya, ABŞ və BMT-dən olan nümayəndələrin iştirakı gözlənilir.

 

Gununsesi.info