AŞPA-da azərbaycanlı deputatın sədrliyi ilə toplantı keçiriləcək

  • By admin
  • 25 Oktyabr 2016 17:25
sevinc
AŞPA-da azərbaycanlı deputatın sədrlik  etdiyi Alt  Komitənin toplantısı keçiriləcək
Bu barədə Gununsesi.info-ya Milli Məclisdən məlumat verilib. Bu məqsədlə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası  əlaqələr komitəsinin sədr müavini, parlamentin AŞPA-dakı daimi nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva oktyabrın 27-dən 30-dək Fransada səfərdə olacaq. 
Parisdə AŞPA-nın Sosial komitəsi çərçivəsində Sevinc  Fətəliyevanın sədrlik etdiyi Avropa Sosial Xartiyası  üzrə Alt  Komitənin toplantısı olacaq. Tədbirdə “Uşaqların və gənclərin sosial, hüquqi və iqtisadi müdafiəsi” mövzusunda seminar keçiriləcək, uşaqların fiziki cəzanın bütün formalarından müdafiəsi, uşaq əməyinin istismarı, onlara  qarşı  cinsi zorakılıq və sosial ədalətsizliklə mübarizə metodları ilə bağlı  fikir  mübadiləsi  aparılacaq.
Deputatımız  müzakirə edilən məsələlərə münasibətini  bildirəcək.
Gununsesi.info