Aslıdan Murata Özcan Denizle xəyanət etməsinə münasibət –  “Yox artıq...”

  • By admin
  • 16 May 2017 20:52

1494947829-9589

 

Türkiyəli aktrisa Aslı Enverin “İstanbullu gelin” serialında rol yoldaşı Özcan Denizlə sevgili olduqları, müğənni Murat Bozla ayrılıq səbəblərinin məhz bu xəyanət olduğu iddia olunur.

“Qafqazinfo”nun “Hurriyet”ə istinadən verdiyi məlumata görə, aktrisa Denizle sevgili olduğundan bəhs edən bir xəbəri sosial şəbəkə hesabında paylaşaraq gülmək işarələri və “Yox artıq…” şərhini yazıb.

Qeyd edək ki, bir neçə gündür ki, Türkiyə KİV-də Murat Bozun “İşte benim stilim”in iştirakçıları Bahar-Nihal Candan bacıları ilə aparıcı Eser Yenenlerin villasında əyləndiyi və buna görə də Aslı Enver ilə ayrıldıqlarına dair xəbərlər yayılıb.

 

Gununsesi.info