Aslan İsmayılov keçmiş məmurlara səsləndi – YIĞDIQLARINIZIN BİR HİSSƏSİNİ QAYTARIN

  • By admin
  • 23 Mart 2020 15:10

“Azərbaycan xalqnın milyardlarını zamanında dədə malı kimi basıb yeyən, bu gün yaxalarını kənara çəkib baş verənləri seyr edən keçmiş oliqarx-məmurlar Ziya Məmmədov, Səfər Əbiyev , Ramiz Mehdiyev, Əli Həsənov ( köməkçi), Fazil Məmmədov, Səlim Müslümov, Ramil Usubov, Eldar Mahmudov, Əli Həsənov( Baş nazirin müavini) və indi adlarını unutduğum digərləri heç olmasa, xalqın bu çətin günündə bir hissəsini qaytarın”.
Gununsesi.org xəbər verir ki, bunu tanınmış hüquqşünas Aslan İsmayılov özünün sosial şəbəkə hesabında yazıb.
O, həmçinin, vəzifədə olan oliqarx-məmurlara da səslənib:
“Hesab edirəm ki, sizlər də vəziyyəti başa düşürsünüz. Vəzifənizi icra etməklə bərabər vəziyyətin hara gedə biləcəyini göz önünə alın. Xalqdan yığdıqlarınızın heç olmasa, bir hissəsini yaranmış vəziyyəti nəzərə alıb xalqa qaytarın. Sonra gec olacaq”.

Gununsesi.org