“ASAN Xidmət”dən işçilərininkoronavirusa yoluxma xəbərinə REAKSİYA

  • By admin
  • 21 İyun 2020 12:27

“ASAN Xidmət” əməkdaşları arasında koronavirusa yoluxma faktı qeydə alınmayıb”.

 

Gununsesi.org bildirir ki, bu barədə Modern.az-ın sorğusuna cavab olaraq, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN Xidmət”)  İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev bildirib:

 

“Dövlət Agentliyi və “ASAN xidmət” mərkəzlərində koronavirus aşkarlanan əməkdaşımız yoxdur”.

 

Qeyd edək ki, respublikanın paytaxtı, o cümlədən digər şəhər və rayonlarda agentliyin strukturuna daxil olan ümumilikdə 19 “ASAN Xidmət” mərkəzi, 2 “ASAN Kommunal” mərkəzi fəaliyyət göstərir.

Gununsesi.org