“ASAN Xidmət”də 2 milyon manat xərclənəcək – Təmizliyə görə

  • By admin
  • 07 Fevral 2020 13:26

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“ASAN Xidmət”) bu il Bakıdakı 4 və 5 saylı, eləcə də Quba, Qəbələ, Bərdə, Tovuz, Şamaxı, Kürdəmir, Balakən və Ağcabədi regional “ASAN Xidmət” mərkəzlərində təmizlik işlərinin görülməsinə 1 837 295 manat xərcləyəcək.

Gununsesi.org xəbər verir ki, qurumun bununla bağlı elan etdiyi açıq tenderlərin qalibləri “Super Servis”, “Servis Xidməti” və “Parlaq Məkan” MMC-lər olub.

Qalib şirkətlərə müvafiq olaraq 241 200 manat, 693 347 manat və 902 748 manat ödəniləcək.

Gununsesi.org