“ASAN peşə” layihəsi üzrə qeydiyyat davam edir

  • By admin
  • 16 Avqust 2016 12:31

asan pesa

2016/2017-ci tədris ili üzrə ilk peşə-ixtisas təhsili müəssisələrinə şagird qəbulu “ASAN peşə” layihəsi çərçivəsində həyata keçirilir.
Gununsesi.info xəbər verir ki,Təhsil Nazirliyi ilə “ASAN xidmət” arasındakı əməkdaşlıq çərçivəsində hazırlanmış “ASAN peşə” layihəsi, ilk növbədə, pilot olaraq Bakı və Gəncə şəhərlərində reallaşdırılacaq.
İlk peşə-ixtisas təhsili almaq istəyənlərin qeydiyyatı avqustun 11-dən etibarən Bakı və Gəncədə fəaliyyət göstərən “ASAN xidmət” mərkəzlərində aparılır. Hazırda 1070 nəfər qeydiyyatdan keçib. Qeydiyyat avqustun 26-da başa çatacaq.
“ASAN peşə” layihəsi vətəndaşların rahatlığının təmin olunması, Təhsil Nazirliyi – “ASAN xidmət” əməkdaşlığının səmərəliliyinin artırılması və ilk peşə-ixtisas təhsili müəssisələrinə şagirdlərin qəbulu prosesində subyektiv amillərin aradan qaldırılması məqsədlərinə xidmət edir.
2016/2017-ci tədris ilində Bakı şəhərindəki 26 dövlət ilk peşə-ixtisas təhsili müəssisəsinə 3580, Gəncə şəhərindəki 6 dövlət ilk peşə-ixtisas təhsili müəssisəsinə 600 şagird yeri ayrılıb.

 

Anar

Gununsesi.info