AŞ PA-nin siyasi məhbuslar üzrə məruzəçisi Bakıdadır - YEKUN SİYAHI HAZIRLANIR

  • By admin
  • 06 Sentyabr 2019 13:05

 

Uzun illərdir ki, Azərbaycan hökumətinin razılığı olmadığına görə, ölkəmizə səfər edə bilməyən AŞ PA-nın siyasi məhbuslar üzrə Sunna Thorhildur Evarsdottirin   məruzəçisi Bakıdadır.

Dünən paytaxtda rəsmilər və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşən AŞ PA həmməruzəçisi siyasi məhbus siyahısı ətrafında müzakirələr aparıb.

Məlumata görə, xanım həmməruzəçi həbsxanalara da baş çəkəcək. Onun bir neçə siyasi məhbuslarla görüşəcəyi deyilir.

Görüşdə iştirak edən insan hüquqları fəalı Oqtay Gülalıyev bildirib ki, siyasi məhbus siyahısındakı hər bir şəxslə bağlı həmməruzəçiyə məlumat veriblər.

Avropa Şurasının Hüquq və insan haqları komitəsinin sədri İslandiyadan olan deputat Thorhild Sunna 2018-ci il iyunun 25-də “Azərbaycandakı siyasi məhbuslar”üzrə məruzəçi seçilib.

Deputat Azərbaycandakı siyasi məhbuslarla bağlı hesabat hazırlayıb Avropa Şurası Parlament Assambleyasına təqdim etməlidir. Onun bundan öncə Azərbaycana səfəri təxirə salınıb.

Azərbaycan rəsmiləri ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus sayılan şəxslər məhz törətdikləri əmələ görə məsuliyyətə alınıblar.

Bununla yanaşı, bu il sentyabrın 3-də Azərbaycanda Vahid Siyasi Məhbus Siyahısının hazırlanması üzrə İşçi Qrup siyasi məhbusların yenilənmiş növbəti siyahısını təqdim edib. Siyahıya 119 məhbusun adı daxil edilib.

2013-cü ildə AŞPA almaniyalı deputatı Kristof Ştrasserin hazırladığı Azərbaycanda siyasi məhbuslarla bağlı hesabatı rədd edib. Strasser dəfələrlə Azıərbaycana gəlməyə cəhd etsə də o ölkəyə buraxılmayıb.

Gununsesi.org