AŞ PA həmməruzəçisi siyasi məhbuslarla görüşdü

  • By admin
  • 09 Sentyabr 2019 22:03

AŞ PA-nın Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi Torhildur Sunna Evarsdottir 5-7 sentyabr tarixlərində Bakıya səfəri çərçivəsində penitensiar müəssisələrdə bir sıra məhbusla görüşüb.

Gununsesi.org xəbər verir ki, o, hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınmış jurnalist Əfqan Muxtarlı, “Müsəlman Birliyi” hərəkatının lideri Taleh Bağırzadə, onun köməkçisi Abbas Hüseynov və Səid Dadaşbəyli ilə görüşüb.

Məruzəçinin səfərin yekunlarına dair bəyənatla çıxış edəcəyi gözlənilir.

AŞ PA məruzəçisi səfər çərçivəsində Azərbaycan rəsmiləri və vətəndaş cəmiyyəti nümayəndələri ilə də görüşlər keçirib.

Azərbaycan hüquq müdafiəçilərinin son məlumatına görə, ölkə həbsxanalarında 120-yə yaxın siyasi məhbus saxlanır.

Günay

Gununsesi.org