Arvadının boğazını kəsən keçmiş icra başçısının oğlu SAXLANILDI

  • By admin
  • 04 Fevral 2020 13:13

Paytaxtın Yasamal rayonunda Şuşa Şəhər İcra Hakimiyyətinin sabiq icra başçısı Nizami Bəhmənovun oğlu həyat yoldaşını bıçaqlayıb.

Gununsesi.org unikal.org-a istinadən xəbər verir ki, keçmiş həyat yoldaşı 1982-ci il təvəllüdlü Bəhmənova Dilarə Faiq qızının bədən və boğazından bıçaq xəsarətləri yetirməkdə şübhəli bilinən 1981-ci il təvəllüdlü Ceyhun Nizami oğlu Bəhmənov şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb. Hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.