Arvadını öldürən kişiyə 8 il cəza verildi

  • By admin
  • 23 Noyabr 2016 15:52

hebs

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlisultan Osmanovun sədrliyi ilə qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən İbrahim Əmirovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Gununsesi.info-nun xəbərinə görə,  prosesdə hökm oxunub.

Hökmə əsasən, İ. Əmirov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, İ. Əmirov aralarındakı münaqişə zəminində həyat yoldaşı Ruziyyə Əmirovaya bıçaqla xəsarət yetirib. Xəstəxanaya çatdırılan R. Əmirovanın həyatını xilas etmək mümkün olmayıb.

Gülnaz Qənbərli

Gununsesi.info