Argentinalı futbolçu oyun meydançasında öldü

  • By admin
  • 12 İyul 2019 13:59

Argentinada 17 yaşlı qapıçı Ramon İsmael Koronel oyun zamanı vəfat edib.

Gununsesi.org xəbər verir ki, yerli liqada çıxış edən “Union de Qolondrina” klubunun heyətində oyun zamanı sinəsiylə penalti dəf edən qapıçı bunu sevincini qeyd edərkən yerə yıxılıb. Onun ürək tutmasından yerdə qaldığı bəlli olub. Daha sonra xəstəxanaya çatdırılan Ramonun həyatını xilas etmək mümkün olmayıb.

Futbolçunun atası Eduardo Karonel ambulans maşınının meydanın ətrafında olmadığını deyib: “Meydanda ambulansın olmaması biabırçılıqdır. Oğlumu xilas etmək mümkün idi”.

Gununsesi.org