“Apple” dünyanın ən bahalı şirkət statusunu itirdi – İndi bu şirkət dünya lideridir

  • By admin
  • 11 Dekabr 2019 17:22

Dekabrın 11-də birjaya çıxan Səudiyyə Ərəbistanının neft şirkəti “Saudi Aramco”nın səhmləri 10 faiz artıb.

Gununsesi.org xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

“IPO”-da qiymətli kağızların dəyəri 8,5 dollar təşkil etsə də, ticarətin ilk günündə səhmlər 9.39 dollara qalxıb. Beləliklə şirkətin bazar kapitallaşması 1,88 trilyon dollar təşkil edib.

“Saudi Aramco” şirkəti “Apple”ni dünyanın ən bahalı şirkəti statusundan məhrum edib. Hazırda “Apple”nin kapitallaşması 1,19 trilyon dollardır.

Gununsesi.org