Aparıcının canlı yayımda ürəyi getdi – VİDEO

  • By admin
  • 11 İyun 2020 16:11
Aparıcı canlı yayım zamanı özündən gedib.
“BakuPost”un məlumatına görə, İsveçin TV4′ kanalında ölkənin məşhur aparıcılarından biri Jenny Strömstedt canlı yayımda baş prokuror Krister Petersson ilə 34 il öncə cinayətə qurban gedən keçmiş baş nazir Olof Palme ilə bağlı müzakirələr aparıb. Prokuror cinayəti törətməkdə şübhəli bilinən şəxsin adını açıqlayıb – Stig Engström. Bundan sonra aparıcı studiyada özündən gedərək yıxılıb. Qısa müddət sonra proqrama reklam arası verilib.
Xəstəxanaya aparılan aparıcının vəziyyətinin normal olduğu açıqlanıb. “Instagram”dan açıqlama verən jurnalist nə üçün belə halın yaşandığını anlamadığını deyib. “Yaxşı yatıram, qidalanmam da normaldır. Bəzən normal həyat şəraiti olan insanların da təzyiqləri düşə bilir”.

 

Gununsesi.org