Aparıcı Prezident Trampı tənqid etdi: “Sən xəstəsən”

  • By admin
  • 23 May 2020 17:57

“MSNBC” televiziyasının aparıcısı Mika Brzezinski canlı yayımda ABŞ prezidenti Donald Trampa xəstə deyib.

Gununsesi.org “MediaPost”a istinadla xəbər verir ki, aparıcı 20 mayda yayımlanan proqramda Trampı ölkədə koronavirusla bağlı vəziyyətə görə tənqid edib.

O, Trampın “Twitter”də axmaqcasına sözlər yazdığını, Nümayəndələr Palatasının sabiq üzvü Co Skarboro haqqında təhqiramiz ifadələrinə sərt münasibət bildirib:

“Mövqeyimdən istifadə edərək bunu deyəcəyəm: bunlar xəstə insanın sözləridir. Donald, sən xəstəsən! Bu gənc qadının ailəsini və həyat yoldaşını ağrılarını yenidən yaşamağa məcbur edirsən və bunu sadəcə, ona əsəbləşdiyin üçün edirsən. Çünki Co yenə də səni küncə sıxışdırıb. O, həqiqətləri danışır və bunu açıq şəkildə edir. Bu sənin başqalarına qarşı maraqsız və empatiya olmadığını göstərir. Bundan başqa, insanları öz viruslarından qorumaq üçün maska belə taxmırsan. Kin güdən və iyrəncsən”.

Xatırladaq ki, Tramp bundan əvvəl C.Skarboro haqqında “psix” ifadəsini işlədib .

Gununsesi.org