ANSPRESS də bağlandı? - FOTO

  • By admin
  • 18 İyul 2016 21:53

nnn

 

Xəbər verdiyimiz kimi, Azərbaycan ərazisində ANS televiziyasının yayımından imtina edilib. Artıq 3 saata yaxındır ki, ölkə ərazisində sözügedən telekanal yayımlanmır.

Gununsesi.info xəbər verir ki, fəaliyyəti dayandırılan təkcə ANS-in televiziya yayımı deyil. Eyni zamanda ANS şirkətlər qrupuna daxil olan ANSPRESS (www.anspress.com) xəbər saytına da giriş mümkün deyil. Bu barədə hələ ki, heç bir rəsmi açıqlama verilməsə də, sayt 1 saata yaxındır ki, fəaliyyət göstərmir.

Qeyd edək ki, Milli Televiziya və Radio Şurasının yaydığı məlumata əsasən ANS terrorizmin təbliği istiqamətində fəaliyyətini davam etdirməsi, Türkiyə hakimiyyətinin vəziyyətin sabitləşdirilməsi istiqamətində atdığı addımları hədəfə götürməsi, yüzlərlə insanın qətlə yetirilməsinə səbəb olan qəddar cinayətə bəraət qazandırmağa çalışması və nəticə etibarilə qardaş ölkədə vətəndaş qarşıdurmasının dərinləşməsinə yönələn addımlar atdığı üçün müvəqqəti olaraq bağlanıb.
mmm

Gununsesi.info