“Ankaragücü” klubu baş məşqçisini istefaya göndərib

  • By admin
  • 23 İyun 2020 16:33

Türkiyə klubu “Ankaragücü”də baş məşqçi istefası reallaşıb.

Gununsesi.org xəbər verir ki, paytaxt təmsilçisi çalışdırıcısı Mustafa Reşit Akçayı istefaya göndərib.

Super Liqa klubunun prezidenti Fatih Mərt bu qərarı qəbul etmələrinin səbəbi kimi, Akçayın “Trabzonspor”la bağlı səsləndirdiyi qeyri-etik fikirləri göstərib.

Qeyd edək ki, “Ankaragücü” 28 turdan sonra 24 xalla Super Liqada son pillədə qərarlaşır.

 

 

Gununsesi.org