Ana olmaq ruhi xəstəlik riskini artırır

  • By admin
  • 01 Noyabr 2016 13:55

ana

Hamiləlik dövrü və doğum sonrası ortaya çıxan depressiya hər beş qadından birinə ciddi təsir göstərir.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Araşdırmalar nəticəsində məlum olub ki, doğum sonrası ilk 6 ay qadınların psixoloji xəstəlikdən əziyyət çəkib, həyatı boyu müalicə almaq riskini  yüzdə yetmiş faizə qədər yüksəlir.  Depressiya və narahatlıq kimi xəstəliklər bu dönəmlərdə qadınların yüzdə iyirmisinə öz təsirini göstərir.

Estrogen və progesteron səviyyələrində hamiləlik və doğum sonrasında baş verən dəyişikliklər qadınlarda ruhsal problemlərə səbəb olur. Hətta hamiləliyin planlı olduğu və qadının bir çox tərəfdən ana olmağa hazırlaşdığı müddətdə belə doğum sonrası  psixoloji problemlərlə qarşılaşmaq riski yüksəkdir.  Bu cür problemlərin tez bir zamanda müalicə olunmazsa, körpənin inkişaf və sağlamlığına da öz təsirini göstərə bilər.

Nigar Cəfərli

Gununsesi.info