Amerikada daha bir milyarder prezidentliyə namizəd olacaq

  • By admin
  • 09 Noyabr 2019 09:38

Nyu-Yorkun keçmiş meri – milyarder Maykl Blumberq 2020-ci ildə ABŞ prezidentliyinə namizədliyini irəli sürmək fikrindədir.

Gununsesi.org “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Blumberq Demokratlar Partiyasından namizədlərin Donald Trampa qalib gələ bilməyəcəklərini düşündüyü üçün bu addımı atmaq niyyətindədir.

Tramp isə milyarderin namizədlik xəbərinə “Onsuz da uğur qazanmayacaq. Maykldan daha artıq biri ilə mübarizə aparmaq istəməzdim” sözləri ilə reaksiya göstərib.