Amerikada 85 nəfər koronavirus səbəbindən vəfat etdi

  • By admin
  • 17 Mart 2020 10:22

ABŞ-da koronavirusdan ölənlərin sayı 85-ə yüksəlib, daha əvvəl 74 nəfərin öldüyü xəbər verilirdi.

Gununsesi.org bildirir ki, bu barədə Con Hopkins Universitetindən məlumat verilib.

Bildirilib ki, koronavirusa yoluxanların sayı 4,6 mini ötüb. Son üç sutka ərzində bu say iki dəfə artıb.

Daha öncə Ağ Ev amerikalılara səfərləri təxirə salmağı, evdən işləməyi və restoran, bar və insanların toplaşdığı yerlərə getməməyi tövsiyə edib. Bu tövsiyələr 15 gün qüvvədə olacaq.

Gununsesi.org