Amerikada koronavirus faciəsi: Yoluxanların sayı 100 mini keçdi

  • By admin
  • 28 Mart 2020 15:49

ABŞ-da COVID-19 infeksiyasına yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı 100 min nəfərdən çoxdur.

Gununsesi.org xəbər verir ki, bu saata olan statistik məlumatlara görə, ABŞ-da koronavirusa yoluxanların sayı 104 671 nəfərdir. Onlardan 1711 nəfəri vəfat edib.Dünyada isə ümumilikdə 597 252 nəfər koronavirusa yoluxub. Bu o deməkdir ki, dünya üzrə bu virusa yoluxanların təxminən altıda biri Amerikadadır.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) martın 11-də COVID-19 infeksiyasını pandemiya elan edib. Dünyada bu virusdan 27 365 nəfər həyatını itirib.

Gununsesi.org