Dünyanın ən varlı şəxslərindən biri “Amazon”un qurucusu Jeff Bezosun sərvəti şirkətin səhmlərinin artması ilə bir gündə 8 milyard dollar artaraq 124 milyard dollara çatıb.

Gununsesi.org xəbər verir ki, “Amazon” şirkəti cümə axşamı günü Milad və Yeni il mövsümünü əhatə edən son rüb üçün bazar gözləntilərindən yüksək bir qazanc elan edib. Belə ki, sentyabr-dekabr dövründə 3,3 milyard dollar mənfəət elan edən şirkətin 2 milyard dollar mənfəət elan edəcəyi gözlənilirdi.Bu açıqlamadan sonra “Amazon” səhmləri cümə günü yeddi faizə yaxın yüksəlib. Cümə günü bir anda Amazon-un bazar dəyəri 1 trilyon dollar həddini aşıb.