“Altın kelebek” təxirə salındı – SƏBƏBİ

  • By admin
  • 28 Fevral 2020 15:46
Bu gün keçirilməsi planlaşdırılan 46-cı “Altın kelebek” mükafatları gecəsinin təxirə salınacağı bildirilib.
Gununsesi.org-un məlumatına görə, bir çox sənət adamlarının yollandığı mükafatlandırma gecəsinin təxirə salınmasının səbəbi Türkiyənin Suriya ilə sərhəddində xeyli sayda əsgərin şəhid edilməsidir.

Hazırda təşkilatçılar məsələ ilə bağlı danışıqlar aparırlar. Onlar belə bir gündə əyləncəli tədbirin keçirilməsini məqsədəuyğun hesab etmədiklərini bildiriblər.

Qeyd edək ki, bugünkü tədbirdə Azərbaycanı təmsil etmək üçün Xalq artisti Röya Ayxan, müğənnilər Nura Suri, Sevda Yahyayeva, Gülay Zeynallı, həmçinin, aktrisalar Oksana Rəsulova və Pərvin Abıyeva Türkiyəyə getmişdi.

 

 

Gununsesi.org