Almaniyada “Tesla” əleyhinə kütləvi aksiyalar keçiriləcək

  • By admin
  • 22 Fevral 2020 21:08

Almaniyanda zavod inşa edən “Tesla Motors” şirkəti çətin vəziyyətə düşüb. 

Gununsesiaz.info-nun“Report”a istinadən məlumatına görə, buna səbəb cari ilin mart ayında Almaniyanın Bradenburq əyalətində elektrikli avtomobil və onun detallarını istehsal etmək üçün nəzərdə tutulan zavodun inşasının gecikməsidir.

Bradenburqda 92 hektarlıq meşə ərazisində tikilməsi nəzərdə tutulan zavod üçün 47 hektar sahədə şam ağacları kəsilib. Ağacların qırılması ərazini Avropadakı iqlim aktivistlərinin hədəfinə çevirib. Ötən gün onlarla aktivist zavodun inşa ediləcəyi əraziyə gələrək meşədə çadırlar qurublar. Ağacların kəsilməsinə etiraz edənlər Almaniya hökumətindən və “Tesla Motors”dan zavodun inşasının dərhal dayandırılmasını tələb ediblər. İki gün fasilə vermək məcburiyyətində qalan şirkət əməkdaşları polislərin əraziyə gələrək iqlim aktivistlərinə müdaxilə etməsindən sonra işlərini bərpa ediblər.

“Tesla Motors”a növbəti zərbəni Bradenburq Əyalət Məhkəməsi vurub. Belə ki, məhkəmə bir qrup əyalət sakininin şikayəti əsasında keçirdiyi prosesdə Elon Muskun şirkətinin zavod tikintisini dərhal dayandırması ilə bağlı qərar verib. Lakin şirkət qərardan Apellyasiya Məhkəməsinə şikayət verib. İşə yenidən baxılması üçün Bradenburq Əyalət Məhkəməsinə qaytarılıb. Bu zaman da məhkəmə “Tesla Motors”un kəsilən ağaclar, ərazidə yaşayan heyvanlar və yeraltı sualara görə təzminat ödəməsi ilə bağlı qərar çıxarıb.

İddiaçı sakinləri təmsil edən vəkillər bildiriblər ki, ərazidə nadir kərtənkələ növləri, nəsli kəsilməkdə olan quşlar, qarışqalar yaşayır. Eyni zamanda ağacların kəsilməsi yeraltı suların çəkilməsinə və quraqlığın yaranmasına səbəb ola bilər.

“Tesla Motors” un təmsilçisi məhkəmə prosesi zamanı qərardan razı qaldıqlarını, kəsilən ağacların 3 qatı qədər ağac əkmək imkanlarının olduğunu diqqətə çatdırıb. Ancaq bu Almaniyadakı iqlim aktivistlərini razı salmayıb. Onlar sosial şəbəkələr vasitəsi ilə çağırışlar edərək Almaniyanın əyalətlərində kütləvi etiraz aksiyalarının keçirilməsinin vacib olduğunu bildiriblər.

Artıq “Gələcək üçün cümələr”in növbəti aksiyasının “Tesla” ilə bağlı olacağı deyilir.

İqlim aktivislərinin çağırışına sözügedən şirkətdən avtomobil sifariş verənlər də qoşulublar. Almaniyda iki minə yaxın elektirikli “Tesla” avtomobilə ilə bağlı verilən sifarişin ləğv edildiyi səsləndirilən iddialar sırasındadır.

Mütəxəssislərin fikrincə, “Tesla Motors”la bağlı bu qalmaqal Amerika Birləşmiş Ştatları (ABŞ) ilə Almaniya arasındakı münasibətlərin soyumasına gətirib çıxara bilər. Onların fikrincə, Elon Muskun şirkətinin Avropa bazarına zərərlə girməyə başlaması Almaniyadakı avtomobil istehsalçısı olan nəhənglərin xeyrinə olacaq.

Gununsesiaz.info