Almaniyada sürücü avtomobili parad iştirakçılarının üzərinə sürüb, 15 nəfər yaralanıb

  • By admin
  • 24 Fevral 2020 19:20

Almaniyanın Folkmarzen şəhərində sürücü avtomobili parad iştirakçılarının üzərinə sürüb. 

Gununsesiaz.info-nun “Bild” qəzetinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 15 nəfər xəsarət alıb.

Yaralıların arasında uşaqlar da var.

Polis sürücünü saxlayıb.

Gununsesiaz.info