Almaniyada koronavirusa yoluxanların sayı 172 mini ötdü

  • By admin
  • 14 May 2020 09:11

Almaniyada ötən sutkada 933 nəfərə koronavirus diaqnozu qoyulub.

Gununsesi.org xəbər verir ki, bunu ölkənin Robert Kox İnstitutu açıqlayıb.

Bununla da Almaniyada qeydə alınan yoluxma hallarının sayı 172 239-a yüksəlib.

Bundan başqa, koronavirusdan ölənlərin sayı daha 89 nəfər artaraq 7 723-ə çatıb.

Bildirilib ki, ölkədə indiyədək 150 mindan çox insan bu infeksiyadan sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 4,4 milyonu ötüb. Bunların 1,6 milyon nəfərdən çoxu sağalıb, 298 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

 

 

 

Gununsesi.org