Almaniyada bələdiyyə seçkilərində azərbaycanlının namizədliyi qeydə alındı - FOTO

  • By admin
  • 26 May 2020 12:06

Almaniyada bu ilin oktyabrın 9-da keçiriləcək bələdiyyə seçkilərində azərbaycanlının da namizədliyi qeydə alınıb.

Gununsesi.org-un Report-a istinadən məlumatına görə, bu, Müşəxxəs Sultanovdur.

Onun namizədliyi Oyskirxen torpaqlığı üzrə Almaniya Sosial Demokratlar Partiyası (SPD) tərəfindən irəli sürülüb.

M.Sultanov 2006-cı ildən partiyanın üzvüdür. Azərbaycanlı namizəd seçiləcəyi təqdirdə torpaqlıqdakı beş şəhərdən birinin başçısı olacaq.

M.Sultanov 1 sentyabr 1967-ci ildə Bakıda anadan olub, Azərbaycan Dövlət Neft Akademiyasını bitirib. 1999-cu ildən Almaniyada yaşayır, ölkədə ilk iş müqaviləsi Almaniya Şell Neftayırma birliyində mühəndis köməkçisi kimi olub.

2006-cı ildən Almaniyada hotel və qastronom sahəsində sərmayələr yatırımına da başlayıb. Evlidir, iki övladı var.

Gununsesi.org