Almaniya son 50 ilin ən böyük iqtisadi geriləməsini yaşaya bilər – AB-nin gələcəyi təhlükəyə doğru

  • By admin
  • 08 Aprel 2020 16:39

Almaniyanın aparıcı tədqiqat mərkəzlərinin proqnozuna görə, bu ilin ikinci rübündə ÜDM-nin 9,8% azalacağı güman edilir.

Gununsesi.org “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu barədə Almaniyanın İqtisadi Tədqiqat İnstiutu (DIW) və ölkənin bir sıra digər tədqiqat mərkəzləri açıqlama verib.

 Tədqiqatçıların məlumatına görə, ilin ikinci kvartalında Almaniya iqtisadiyyatı 1970-ci ildən bu günə qədər ən böyük rüblük geriləməsini yaşaya bilər.

“Artıq 2020-ci ilin ilk kvartalı ÜDM-də 1,9% azalma müşahidə olunub. İkinci kvartalda karantin səbəbiylə bu azalmanın 9,8%-ə qalxacağı gözlənilir. Bu, 1970-ci ildə Almaniyada rüblük hesablamalar başlanandan bəri ən böyük azalmadır”,- deyə iqtisadçılar qeyd edib.

Gununsesi.org