Almaniya Bundesliqasında təxirə salınma uzadılıb

  • By admin
  • 24 Mart 2020 22:10

Almaniya Bundesliqası və 2-ci Bundesliqasında koronavirus pandemiyası ilə bağlı təxirə salınma daha 28 gün müddətinə uzadılıb.

Gununsesiaz.info-nun məlumatına görə, bu barədə qərar Almaniya Futbol Liqası (DFL) ilə Bundesliqa və 2-ci Bundesliqa təmsilçiləri ilə görüşü zamanı qəbul edilib.

Qərara alınıb ki, çempionat aprelin 30-dək bərpa olunmasın. Öncə yarış aprelin 2-dək dayandırılmış, müddətin uzadılmaması istisna edilməmişdi.

Qeyd edək ki, UEFA milli çempionatların iyunun 30-dək başa vurmağı tövsiyə edib. Əgər Almaniyada bunu etmək mümkün olmasa, DFL digər variantlar axtaracaq.

 

 

 

Gununsesiaz.info