Alışanov – Məhərrəmli çəkişməsi sentyabrın 24-da olacaq

  • By admin
  • 07 Sentyabr 2016 12:25

qulu-meher-arif-alisanov

Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Sədri Arif Alışanovun tanınmış tele-jurnalist, professor  Qulu Məhərrəmliyə qarşı xüsusi ittiham qaydasında  qaldırdığı iddiayla bağlı məhkəmə prosesi  sentyabrın 24-da olacaq.

Gununsesi.info-nun məlumatına görə, prosesə   Yasamal Rayon Məhkəməsində Azər Tağıyevin sədrliyilə baxılacaq.

Qeyd edək ki, A.Alışanov Q.Məhərəmmliyə qarşı şəxsi ittiham qaydasında iddia qaldırıb.  Buna səbəb isə Q.Məhərrəmlinin bir neçə media qurumunda televiziyanın kütləvi yayıma başlamasının 60 illiyi ilə bağlı verdiyi açıqlamalar olub. Jurnalist həmin açıqlamalarında AzTV-nin bugünkü fəaliyyətini bəyənmədiyini bildirib, bunu qurumun rəhbərinin qeyri-peşəkar olması və yaradıcı menecmenti bilməməsi ilə izah edib. Teletənqidçi bu barədə fikirlərini deyərkən sərt ifadələr işlədib.

Xatırladaq ki, A A.Alışanov Q.Məhərrəmlinin onun ünvanına söylədiyi fikirlərə görə CM-in 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə cəzalandırılmasını tələb edir. Q.Məhərrəmlini 2 ilədək azadlıqdan məhrumolunma cəzası gözləyir. Q.Məhərrəmli gununsesi.info-ya açıqlamasında A.Alışanovun iddiasının əsassız olduğunu bildirib. O, özünün dilçi-alim, elmlər doktoru olduğunu qeyd edərək deyib ki, 30 ildən çoxdur ki, jurnalistika ilə məşğuldur və tənqidi təhqirdən yaxşı ayırır. A.Alışanov Q.Məhərrəmliyə qarşı həm də Nəsimi Rayon Məhkəməsində mülki iddia qaldırıb və ondan 100 min manat (65 min dollar) tutulmasını tələb edir.

Gülnaz Qənbərli

Gununsesi.info