Alimlər dünyada canlı orqanizmlərin olmadığı yeri aşkar ediblər

  • By admin
  • 03 Noyabr 2019 11:58

Fransalı alimlər dünyada canlı orqanizmlərin olmadığı yeri aşkar ediblər.

Gununsesi.org xarici KİV-ə istinadən xəbər verir ki, bununla bağlı araşdırma “Nature Ecology & Evolution” jurnalında nəşr olunub.

Alimlər Efiopiyanın Dallol vadisində heç bir bakteriyanın olmadığını müəyyən ediblər.

Tədqiqatçılar bu vadidəki suyun tərkibinin isti, turşu (pH ~ 0), həmçinin çox miqdarda maqneziumdan ibarət olan şoran məhluldan ibarət olduğunu öyrəniblər.

Alimlərin qeyd edir ki, suyun belə bir tərkibi canlı hüceyrələrin məhv olmasına səbəb olur.

 

Gununsesi.org