Akumulator oğruları saxlanılıb

  • By admin
  • 24 Noyabr 2016 15:40

akumlyator

Yük avtomobilindən akkumulyator oğurlayanlar yaxalanıb.

Gününsəsi.info xəbər verir ki, Daxili işlər Nazirliyinin 102 zəng mərkəzinə  məlumat verən zərərçəkmiş akkumulyatorın oğurlanması barədə məlumat verib. Araşdırmalara başlayan Abşeron rayon polis idarəsi Sumqayıt şəhər sakini 32 yaşlı Elnur Eldar oğlu Yusifovu,  şəxsi avtomobili ilə sərnişin daşımaqla məşqul olan Bakı şəhər sakini 30 yaşlı Alim Malik oğlu Əliyevi və Abşeron rayon sakini  Eşqin Elmar oğlu Manafovu şübhəli şəxs qismində saxlayıb. İstintaqa ifadə verən hər 3 şəxs  akkumulyatorları oğurlayıb satmalarını etiraf etsələlərdə günahı bir birlərinin üstünə atıblar . Sumqayıt şəhərində yaşayan 32 yaşlı Elnur Yusifov deyir ki, dostu Alimin avtomobilinə əyləşəndə oğurluq edəcəklərindən xəbərsiz olub. Saxlanılan Eşqin Manafov tam əksini bildirib. Onun sözlərinə görə oğurluğa Alimlə Elnur Tərəfindən cəlb edilib.Eşqinin sözlərinə inansaq akkumulyatoru avtomobilin üstündən açan Elnur olub. O açılan akkumulyatorun Alimin avtomobilinin yük yerinə gətirilməsində yardımçı olub. Alim Əliyev isə əməliyatçıları oğurluq hadisəsindən xəbərsiz olduğunu inandırmağa çalışıb.Onun  sözlərinə görə Elnurla Eşqin onu oğurluğa yuxulu vəziyyətdə aparıblar. Abşeron rayon polis idarəsinin istintaqçıları oğurluqda hər üç nəfərin iştirak etməsi qənaətinə gəliblər. Oğurlanan akkumulyatorlar metal qəbulu məntəqələrindən birinə satılıb. Aşkar olunan faktla əlaqədar Abşeron rayon polis idarəsində cinayət işi  başlanıb,araşdırma aparılır.

Gününsəsi.info