“AKKORD”UN FIRILDAQLARI – “Bürhan Məmmədov ağ yalan danışır!” – Jurnalistdən cavab

  • By admin
  • 15 İyun 2020 18:28

26 may tarixində mətbuatda Qaynarinfo saytında yayımlanan “Zakir Qaralov ittiham olunur, “Akkord” susur – Baş redaktorun evini kim zəbt edib?”  https://qaynarinfo.az/az/akkord-taninmis-jurnalistin-evinin-elinden-alinmasi-meselesine-reaksiya-verdi/ başlıqlı yazıya “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC tərəfindən cavab verilib.

Şirkətin Baş icraçı direktoru Bürhan Həmidov tərəfindən verilən açıqlamada jurnalist Anar Orucovun “Akkord”un Sumqayıt şosesi 7-ci km.-də yerləşən “Gənclər şəhərciyi”ndəki mənzilinin əlindən alındığı faktı təsdiqlənir, amma, bunun qanuni olduğu bildirilir.

“Anar Orucov müqavilə şərtini pozara,q 18 ay müddətində aylıq ödənişini ödəməyib, bununla bağlı “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC tərəfindən Anar Orucova dəfələrlə şifahi və yazılı qaydada xəbərdarlıq edilib, buna baxmayaraq, yenə də Anar Orucov ödəniş etməyib. Bundan sonra “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC məhkəməyə müraciət etmək məcburiyyətində qalıb”.

Jurnalist Əziz Orucov isə qardaşı Anar Orucovun adına alınmış olan və ailəsi ilə birgə yaşadığı mənzil haqqında “AKKORD” Şirkətin Baş içraçı direktoru Bürhan Həmidov tərəfindən verilən açıqlamanı “Ağ Yalan” adlandırıb.

“Anar Orucuv 2014-cü ildən Azərbaycanı tərk edib və Almaniyada yaşayır. Anar getdikdən sonra isə 2016-cı  ilədək krediti hər dəfə şəxsən mən ödəmişəm. Sonradan kredit ödənişini etmək istərkən Azərbaycan Beynəlxalq Bankına getdikdə orada hesab nömrəmizin ləğv edildiyi bildirildi. Bu məsələyə bank tərəfindən heç bir aydınlıq gətirilmədi və “Akkord” tərəfindən bu hesabın ləğv edildiyi deyildi. Hətta mənim adıçəkilən şirkətin hüquqşunası Araz müəllim ilə olan danışığımıza əsasən, şirkətin hesabına 1600 azn pul da əlavə olaraq keçirmişəm. Çox maraqlıdır, Anar ölkədə olmadığı halda, “Akkord” şirkəti ona şifahi və yazılı xəbərdarlıq  necə edib?  Və  xəbərdarlıq edilibsə, kim  və hansı formada edib?

Qaynarinfo-nun yazısında əsas vurğu məhkəmə qərarındakı ziddiyyətlər üzərində idi. Belə ki, qərarda nə müqavilə nömrəsi, nə mənzilin kvadratı, nə də otaq sayı düz göstərilməmişdi. Belə çıxır ki, məhkəmə əslində, A.Orucova aid olmayan mənzil haqqında qərar qəbul edib və bunu icra edib. Şirkət rəsmisi bu məqama yalnız bir cümlə ilə cavab verib: “Məhkəmə qətnaməsi ilə alqı-satqı müqaviləsindəki  nömrə və sahə fərqində texniki yanlışlıq olub”.

Ə. Orucov açıqlamanın bu hissəsində olan hərəkətləri ümumiyyətlə, cinayət hesab edir. “AKKORD” şirkətinin Baş içraçı direktoru Bürhan Həmidov bilməli idi ki, məhkəmə qərarında olan texniki yanlışlıq olduğunda  mənzilə girmək  qadağandır. Bu məsələdə həm “Akkord” şirkəti,  həm də yanlış qərarı icra edən Abşeron Rayon Məhkəmə Qərarlarının İcra və Probasiya Şöbəsi məsuliyyət daşıyır. Bu hərəkət ölkədə olan müvafiq qanunları tapdamaq və səlahiyyətlərindən sui-istifadə etməkdən başqa bir şey deyil. Həmin qərarın qərardad hissəsində həm mənzilin alqı-satqı müqaviləsi, həm otaq sayı, həm də sahəsi  yanlışdır.

 

Akkord şirkətinin ZİDDİYƏTLİ ACIQLAMASI

Sözügüdən məsələ ilə bağlı “Akkord”un hüquqşunası Zamil Abdullayev AYNA-ya açıqlamasında şirkətin qanunsuz heç bir iş görmədiyini deyib: “İpoteka müqaviləsi Əziz Qaraşoğlunun qardaşı Anar Orucovla bağlanıb. Məhkəmə qərarı əsasında hərəkət etdiyimiz üçün addımlarımız tamamilə qanunidir. Mən özüm vətəndaşla borcun ödənilməsində gecikmə olduğuna görə, müqavilənin ləğvi tələbi ilə iddia qaldırdım və məhkəmə bizim tələbimizi təmin etdi”.

 

“Akkord”un hüquqşünası Zamil Abdullayev,  Orucovlar ailəsinin ipoteka krediti üçün ödədiyi bütün pulları geri qaytarmağa hazır olduqlarını da iddia etdi: “Onlar, həmçinin həmin evdə olan əmlaklarını da götürə bilərlər. Təmir üçün xərclənən pula gəlincə isə, Orucovlar təmir işlərinin dəyərini müəyyənləşdirmək və bu pulu geri qaytarmaq üçün bir araşdırma tələb edərək məhkəməyə müraciət edə bilərlər”.

Ancaq şirkətin hüquqşünası Zamil Abdullayev ilə şirkətin Baş içraçı direktoru Bürhan Həmidovun mətbuata verdiyi açıqlamalar üst-üstə düşmür. Belə ki, hüquqşunas ödənilən kreditin qaytarılmasına şirkətin hazır olduğunu bildirsə də, Bürhan Həmidov bu məsələyə toxunmur və müqavilədə nəzərdə tutulan şərtləri saymazdan gəlir. Müqavilənin 5-ci bəndinin 8-ci paraqrafında yazılır:

“Alıcı tərəfindən müqavilənin icrasından imtina edilməsi hallarında ilkin ödəniş istisna olmaqla, ödənilmiş məbləğ yalnız mənzil satıldıqdan sonra alıcıya qaytarılır. Bu zaman satıcı alıcıya çatası həmin məbləğin 10 faizini mənzilin satılması ilə əlaqədar çəkilən xərclərin əvəzi kimi tutur.

Bürhan Həmidov isə öz açıqlamasında bildirir ki, sözü gedən mənzil “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC tərəfindən 24.12.2019-cu il tarixdə 09-19 saylı əmri ilə ailə başçısını itirmiş aztəminatlı ailəyə əvəzsiz olaraq verilib”.

Şirkətin Baş içraçı direktoru Bürhan Həmidovun  açıqlamasından o da bəlli olur ki, mənzil satılmayıb və deməli, mənzil satılmayıbsa, müqavilədə nəzərdə tutulmuş olan “ödənilmiş məbləğ yalnız mənzil satıldıqdan sonra alıcıya qaytarılır” bəndi icra edilməyəcək. Beləliklə isə, ödənilən pulların geri qaytarılmasını “Akkord” təmin etməyəcək.

Yaranmış   ziddiyətli vəziyyətlə bağlı suallar meydana çıxır.

““Akkord” o qədər humanist şirkət oldu ki, mənim pulunu verdiyim mənzili başqasına əvəzsiz olaraq hədiyyə edir? Ailə başcısını itirmiş aztəminatlı ailə nə zamandan “Akkord”un himayəsindədir və  özünü “xeyirxahq” göstərərək  şirkət nəyi gizlətməyə çalışır, Bürhan müəllim? Ailə başçısını nə zaman, hansı şəraitdə həyatını itirməsi və “Akkord”un  ailəni “kiritmək” üçün mənzil verməsi sizcə, nədən xəbər verir? Bürhan Həmidovdan bu suallara cavab gözləyirəm!!!”, – deyə Əziz Orucov bildirir.

Əziz Orucovun vəkili, hüquqşünas Bəhruz Bayramov isə ümumiyyətlə, müqavilənin bu bəndini qanunsuz hesab edir və müki məcəllənin heç bir bəndinə uyğun olmadığını vurğulayır.

“Qaynarinfo” saytında dərc edilmiş yazıya təkzib verən Bürhan Həmidov bildirir ki, “məqalədə guya Əziz Orucovun həmin mənzildə qeydiyyatda olaraq  yaşadığı deyilir. Halbuki, qeyd edilən mənzilin reyestrdən çıxarışı olmadığına görə, qeydiyyata düşmək mümkün deyildir. Həmçinin, “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-yə məxsus olan eyni yaşayış kompleksində 11.04.2008-ci il tarixdə Orucov Əziz Qaraş oğlu da mənzil alıb və bu günə qədər də həmin mənzil Orucov Əziz Qaraş oğluna məxsusdur. Orucov Əziz Qaraş oğlunun mənzili olduğu halda, Anar Orucovun mənzilində yaşaması həqiqətə uyğun deyil”.

Buna cavab  olaraq,  Əziz Orucov “mən, anam və yoldaşım illərlə qardaşım Anar Orucovun adına alınmış mənzildə yaşamışıq. Bunu təsdiq edən sənədi isə “Akkord”un özündən almışıq. Həmin arayışda ailə tərkibi də qeyd edilib. Bürhan müəllim isə bunu təkzib edir. Bu verilən açıqlama tamamilə yalanlardır”,  deyə qeyd edir.

Gununsesi.org