Ailəsi ilə dalaşıb küçədə izdihama atəş açdı

  • By admin
  • 14 Fevral 2020 09:59

Tailandın paytaxtı Banqkokda silahlı şəxs küçədə insanlara təxminən 40 dəfə atəş açıb.

Gununsesi.org-un “Lenta.ru”ya istinadən verdiyi xəbərə görə, atışma fevralın 14-də yerli vaxtla saat 04: 00-da baş verib.

Şahidlərdən biri bildirib ki, cinayətkar Banqkokda Çulalonqkorn Universitetinin yaxınlığında gedərkən öncə havaya, daha sonra izdihama tərəf atəş açıb. Yoldan keçənlər əraziyə polis çağırıblar və nəticədə o, saxlanılıb.

Hüquq- mühafizə orqanları hadisə zamanı heç kimin xəsarət almadığını bildiriblər.

İnsidenti törədən şəxsin 44 yaşlı Ekkaçay Çarueksili olduğu, hadisədən əvvəl evdə ailəsi ilə dalaşaraq silahını götürüb küçəyə çıxdığı məlum olub.

Gununsesi.org