Aİ Şimali Makedoniya və Albaniyanın bloka üzv kimi qəbul olunmasına dair müzakirələrə başlayır

Aİ Şimali Makedoniya və Albaniyanın bloka üzv kimi qəbul olunmasına dair müzakirələrə başlayır

Avropa İttifaqı (Aİ) Şimali Makedoniya və Albaniyanın bloka üzv kimi qəbul olunması ilə bağlı müzakirələrə başlayır.

Gununsesiaz.info-nun xəbərinə görə, bu barədə Aİ-nin Qonşuluq siyasəti və Genişlənmə üzrə Komissarı Oliver Varheyli “Twitter” hesabında bildirib.

“Şadam ki, bu gün Aİ-yə üzv olan ölkələr Albaniya və Şimali Makedoniya ilə üzvlük danışıqlarının başladılması ilə bağlı siyasi razılaşma əldə etdilər. Hər iki ölkəni ürəkdən təbrik edirəm. Bu, Qərbi Balkanlar üçün aydın bir mesajdır: Sizin gələcəyiniz Avropa İttifaqındadır”, – deyə Aİ Komissarı qeyd edib.

Gununsesiaz.info

COMMENTS