Ağsuda sərnişin avtobusu yandı

  • By admin
  • 19 Oktyabr 2016 23:32

y

 

Ağsuda yanğın hadisəsi qeydə alınıb.

Gununsesi.info-nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Ağsu şəhərində vətəndaşa məxsus “Mercedes” markalı sərnişin avtobusunun mühərrik hissəsi və salonu qismən yanıb.

Avtobusun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 20:54-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Gununsesi.info