Ağsu, Lənkəran və Lerikin təbii qaz təchizatında məhdudiyyətlər olacaq

  • By admin
  • 23 Avqust 2016 20:47

qaz

Avqustun 24-də saat 9-dan 18-dək SOCAR-ın “Qaz İxrac” İdarəsinin Hacıqabul magistral qaz kəmərləri sahəsinin “Padar”, Astara magistral qaz kəmərləri sahəsinin “RVO” qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq. Təmir müddətində Ağsu rayonunun Padar və Nəmirli, Lənkəran rayonunun Rvo, Narbağı və Qrumba, Lerik rayonunun Piran kəndinin təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

Bu barədə Gununsesi.info-ya SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.

Gununsesi.info